“Qırmızı Ürəklər” təqaüd proqramının müsahibə mərhələsi yekunlaşıb

17 Dekabr, 2025 - 10:56
“Qırmızı Ürəklər” təqaüd proqramının müsahibə mərhələsi yekunlaşıb

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının müsahibə prosesi uğurla tamamlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 1 həftə davam edən müsahibələrdə qeydiyyatdan keçən 995 nəfər arasından seçim meyarlarına cavab verən 73 namizəd iştirak edərək qiymətləndirilib.

Qeyd edək ki, yaxın günlərdə proqramın qalibi olmuş tələbələrin adları elan ediləcək.