Qızların oxu nəticələri oğlanlardan yüksəkdir
Qızların oxu bacarıqları üzrə nəticələri oğlanlardan 24 bal yüksəkdir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, 4-cü sinifdən 6-cı sinfə qədər şagirdlərin səviyyələrində həm yüksəlmə, həm də geriləmə halları müşahidə olunur:
"Bəzi şagirdlər əvvəlki səviyyəsindən aşağı düşsə də, əksinə, aşağı səviyyədə olan şagirdlərin daha yüksək səviyyəyə qalxması da qeydə alınıb. Hətta 1-ci səviyyədən 4-cü səviyyəyə yüksələn şagirdlər də var. Bu isə düzgün və məqsədyönlü dəstək göstərildikdə zəif nəticə göstərən şagirdlərin də əhəmiyyətli inkişaf edə biləcəyini göstərir. İki il ərzində şagirdlərin 15,3 faizi daha yüksək səviyyəyə qalxıb. Eyni dövrdə 9,3 faiz şagird isə əvvəlki səviyyəsindən aşağı düşüb.4-cü sinifdə qızların oxu nəticələri oğlanların nəticələrindən 24 bal yüksəkdir".




