Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib

28 Sentyabr, 2026 - 11:42
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib

“Diqqət, uşaqlar!” devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə rayonun 6 nömrəli tam orta məktəbində məktəblilər üçün maarifləndirici görüş təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupu məlumat yayıb.

Görüşün əsas məqsədi şagirdlərə küçə və yollarda təhlükəsiz davranış qaydalarını aşılamaq, yol hərəkəti iştirakçıları kimi onların məsuliyyətini artırmaq olub.

Tədbirdə çıxış edən polis əməkdaşları məktəblilərə yol hərəkəti təhlükəsizliyi, sürücü-piyada münasibətləri, nizamlanan və nizamlanmayan piyada keçidlərindən düzgün istifadə, işıqfor siqnallarının tələbləri barədə ətraflı məlumat veriblər. Həmçinin, velosiped və elektroskuter sürücülərinin, eləcə də sərnişinlərin riayət etməli olduqları qaydalar diqqətə çatdırılıb.

Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb və yol hərəkəti təhlükəsizliyi ilə bağlı faydalı tövsiyələr verilib.