Rektor: Bu il NDU-nun 75 ixtisas üzrə 1600 məzunu olacaq

11 İyun, 2025 - 14:57
Rektor: Bu il NDU-nun 75 ixtisas üzrə 1600 məzunu olacaq
Rektor: Bu il NDU-nun 75 ixtisas üzrə 1600 məzunu olacaq

"Ötənilki karyera sərgisində təqdim olunan 2000 vakant yerə 6000 nəfər müraciət etmişdi. Onların 100-ə yaxını artıq işlə təmin olunub, hazırda Muxtar Respublikanın müxtəlif qurumlarında işləyirlər". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri "Karyera Sərgisi 2"nin açılışında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib. O bildirib ki, ötən il sərgidə 39 müəssisə iştirak edirdisə, bu il 42 təşkilat təmsil olunur: "Bu təşkilatlar arasında həm dövlət, həm də özəl qurumların vakant yerləri təqdim edilib”. 

Rektor əlavə edib ki, təkcə bu il Naxçıvan Dövlət Universitetindən bakalavriat səviyyəsində 75 ixtisas üzrə 1600 nəfər məzun olacaq: “O cümlədən 65 ixtisas üzrə 215 magistr məzunumuz olacaq. Yaradılmış  belə bir şərait onların gələcək karyera planlamasına öz töhfəsini verəcək. Burada sadəcə bu ilin məzunları yox, son 5 ilin məzunları da iştirak edir".