Rəngkarlıq üzrə qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

10 İyul, 2026 - 16:34
Rəngkarlıq üzrə qabiliyyət imtahanında iştirak etmək istəyənlərin

Təsviri sənət istiqamətinin 15-ci komissiyası üzrə rəsm fənnindən müsbət qiymət almış abituriyentlər (subbakalavrlar) rəngkarlıq fənni üzrə imtahanda iştirak etmək üçün imtahana buraxılış vərəqələrini buradan çap edə bilərlər. 

Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Buraxılış vərəqəsində  imtahanın keçiriləcəyi tarix, yer və saat  göstərilir. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olunduqca cədvələ əlavə ediləcək.