Rəqəmsal ixtisaslar üçün ayrılacaq təqüdlərin sayı açıqlanıb
Xaricdə təhsil üzrə rəqəmsal ixtisaslar üçün illik 200 təqaüd ayrılacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, həmin tələbələr öhdəlik müqaviləsi ilə ölkəyə qayıdacaq, nəticədə rəqəmsal ixtisaslı kadr potensialı davamlı yaxşılaşacaq.
Həmçinin illik 50 yerlik İKT təqaüd proqramı təsis olunacaq, nəticədə kadr potensialı davamlı artacaq.


