Rəqəmsal transformasiya elm, təhsil sistemində əməkdaşlığın dərinləşməsini şərtləndirir – Nazir

11 İyun, 2026 - 12:04
Rəqəmsal transformasiya elm, təhsil sistemində əməkdaşlığın dərinləşməsini şərtləndirir

"Superkompüter infrastrukturunun inkişafı və ondan istifadə uğurla həyata keçirilir. Bu gün İqtisadiyyat Nazirliyində mövcud olan superkompüterdən istifadədə görürük ki, aidiyyəti dövlət qurumlarından və özəl sektordan gələn sorğu və tələbat artıq mövcud texniki imkanları üstələyir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya (İTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) məxsusi müsahibəsində söyləyib.

Nazirin sözlərinə görə, bu onu göstərir ki, iqtisadiyyatımızda, elm və təhsil sistemimizdə, dövlət idarəçiliyində, tibb xidmətlərinin göstərilməsində, vergi və gömrük fəaliyyətinin tənzimlənməsində və bir sıra digər sahələrdə süni intellektə əsaslanan həllərin tətbiqi böyük sürətlə artır: "Bu məsələnin son və yəqin ki, ən vacib halqası yenə də insan kapitalı ilə bağlıdır. Çünki rəqəmsal transformasiya süni intellektə əsaslanan tətbiqlərin hazırlanması, mövcud bizneslərdə səmərəliliyin artırılması, yaxud yeni fəaliyyət sahələrinin yaradılması elm-təhsil sistemimizin, universitetlərimizin, həmçinin xarici tərəfdaş universitetlərlə əməkdaşlığın dərinləşməsini şərtləndirir".