RFO-nun texniki fənlər üzrə qalibləri mükafatlandırılıb

10 İyun, 2026 - 20:17
RFO-nun texniki fənlər üzrə qalibləri mükafatlandırılıb

İyunun 10-da ADA Universitetində Respublika fənn olimpiadalarının texniki fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu olimpiadalarda iştirakın gənclər üçün böyük imkan yaradacağını vurğulayıb.

Nazir müavini bildirib ki, olimpiada qalibləri ali məktəblərə müsahibədənkənar qəbul edilirlər. Bunu onlara göstərilən dövlət qayğısı kimi dəyərləndirən nazir müavininin fikrincə, dünyanı yaxşılığa doğru aparmaq üçün əsas vasitə təhsildir:

“Biz elə gənclər hazırlamalıyıq ki, onlar müasir çağırışlara hazır olsunlar. Elm və Təhsil Nazirliyi çalışır ki, şagirdlərimiz bu çağırışlara hazır olsunlar. Bu baxımdan belə olimpiadaların xüsusi rolu var. Olimpiadalarda qalib olan şagirdlərin xüsusi yanaşmaları var. Yaradıcı təfəkkürün formalaşmasında olimpiadaların və digər intellektual oyunların mühüm əhəmiyyəti var. Bu mənada “Sabahın alimləri” layihəsi də çox önəmlidir”.

ADA Universitetinin prorektoru Vəfa Kazdal Respublika fənn olimpiadalarının əhəmiyyətini qeyd edib. Prorektor qalibləri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb.

Tədbirin rəsmi hissəsindən sonra texniki fənlər üzrə qaliblərə mükafatlar təqdim edilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika fənn olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb.

İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb.