Riskli davranışların daha alt yaş qruplarına enmə tendensiyası bir neçə kontekstdə müşahidə olunur

22 Dekabr, 2025 - 16:40
Riskli davranışların daha alt yaş qruplarına enmə tendensiyası bir neçə kontekstdə müşahidə olunur

“Ümumi professional müşahidələr və baş vermiş hadisələrin analitik təhlili göstərir ki, son illərdə riskli davranışların daha alt yaş qruplarına enmə tendensiyası bir neçə kontekstdə müşahidə olunur. Bu, hər yerdə eyni formada deyil - bölgəyə, sosial-iqtisadi vəziyyətə, ailə və məktəb mühitinə görə dəyişir.

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova deyib.  

Onun sözlərinə görə, əsas səbəblər bunlardır: rəqəmsal məkan və sosial media: uşaq asanlıqla zərərli məzmuna, “challenges”, reklam və ya qrup təsirinə çıxış əldə edir. Yaşıd təsiri və qrupa adaptasiya ehtiyacı. Təəssüflə qeyd edək ki, yeniyetmələr arasında qısnama hallarından biri də məhz bu məsələdir.