Rusiya məktəblərində kibertəhlükəsizlik dərsləri keçiləcək
Rusiyanın Moskva vilayətində 2026-cı il sentyabrın 1-dən məktəblərdə kibertəhlükəsizlik dərslərinin pilot layihəsinə start veriləcək.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, layihə çərçivəsində məktəblərdə süni intellekt əsaslı rəqəmsal xidmətlərin tətbiqi, şagirdlərin yekun dövlət imtahanlarına hazırlanması və informasiya texnologiyaları sahəsində praktiki təlimlərin inkişafı nəzərdə tutulur.
İlkin olaraq 215 təhsil müəssisəsində tədris olunacaq dərslər I–XI sinif şagirdlərini əhatə edəcək.



