Saatlı məktəbliləri beynəlxalq idman yarışının üçüncüləri oldular 

10 Mart, 2026 - 16:27
Saatlı məktəbliləri beynəlxalq idman yarışının üçüncüləri oldular 

Saatlı məktəbliləri Özbəkistanda keçirilən beynəlxalq idman turnirində fərqləniblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, Saatlı rayonu Osman Mirzəyev adına Şirinbəyli kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri Məmmədli Mustafa 66 kq, Yusif Tursunov 55 kq çəki dərəcəsində Özbəkistanın Daşkənd şəhərində cüdo idman növü üzrə beynəlxalq turnirində III yerə layiq görülüb.

Qeyd edək ki, sözügedən şagirdlər Şirinbəyli kənd tam orta ümumtəhsil məktəbinin 8-ci sinfində təhsil alırlar.