Sabah dərsə gedə bilməyən LDU tələbələrinə əlavə dərslər keçiriləcək
Lənkəran Dövlət Universitetində (LDU) sabah dərslər adi qaydada davam edəcək.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
Qeyd olunub ki, dərsə gələ bilməyən tələbələr üçün əlavə dərslər təşkil olunacaq.



