Sabah geomaqnit qasırğası gözlənilir

21 Aprel, 2025 - 10:21
Sabah geomaqnit qasırğası gözlənilir

22-24 aprel tarixlərində G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. 

Bildirilir ki, hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bərabərdir və kosmik hava aktivdir. 21-27 aprel tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.   

Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə artacağı gözlənilir.  

Sabah geomaqnit qasırğası gözlənilir