“Sabahın alimləri” müsabiqəsində iştirak edənlərin NƏZƏRİNƏ!

27 Fevral, 2026 - 13:14
“Sabahın alimləri” müsabiqəsində iştirak edənlərin

“Society for Science” təşkilatı tərəfindən təşkil olunan və Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində ölkəmizdə keçirilən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsi 3–5 mart 2026-cı il tarixlərində Bakı Ali Neft Məktəbində təşkil olunacaq.  

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, ümumtəhsil müəssisələrində təhsil alan IX–XI sinif şagirdləri müsabiqədə 9 istiqamət üzrə iştirakedəcəklər: riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətrafmühitin idarə olunması, mühəndislik, kompüterelmləri, robototexnika və süni intellekt.  

Final mərhələsində iştirak edən şagirdlər martın 2-də saat 14:00-dan etibarən Bakı Ali Neft Məktəbində qeydiyyatdan keçməli, daha sonra onlar üçün ayrılmışstendlərdə poster və layihələrini yerləşdirməlidirlər.  

Sərginin rəsmi açılışı və layihələrin münsiflərheyəti tərəfindən qiymətləndirilməsi 3 mart tarixində baş tutacaq.

Martın 4-də "Açıq qapı" günü təşkil ediləcək. Ümumtəhsil məktəblərinin şagirdləri, universitet tələbələri, elmi-tədqiqat institutlarının nümayəndələri və müsabiqə ilə maraqlan digər şəxslər sərgi ilə yaxından tanış ola biləcəklər. Martın 5-də isə bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.