Sabirabad məktəbliləri Azərbaycan çempionatında fərqləniblər
Sabirabad məktəbliləri Azərbaycan çempionatında fərqləniblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Muğbil Həmidli "Strict curl"(sərt bükülmə) üzrə Azərbaycan çempionatında gənclər (13-18) yaş kateqoriyasında respublika üzrə 1-ci yerə layiq görülüb.
Həmçinin məktəbin XI sinif şagirdi Hüseyn Mirzəyev "Stronqman" (güc atletikası) üzrə Azərbaycan çempionatında gənclər üzrə (13-18) yaş katiqoriyasında 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, "Strict curl" kürək və çiyinlərin divara və ya xüsusi dayağa tam söykəndiyi, bədənin başqa heç bir hissəsinin hərəkət etmədiyi, yalnız qol əzələləri (biceps) ilə ştanqın qaldırıldığı güc idman növüdür. Bu hərəkət qolun maksimum gücünü və dözümlülüyünü yoxlamaq üçün edilir.
Stronqman isə idmançıların həm mütləq gücünü, həm də dözümlülüyünü nümayiş etdirdiyi, qeyri-ənənəvi ağır obyektlərin qaldırılması və daşınmasına əsaslanan dinamik idman növüdür.



