SAF 2025-in gənc hakimləri: Bir zaman iştirakçı idilər…

18 Noyabr, 2025 - 14:05
SAF 2025-in gənc hakimləri:
SAF 2025-in gənc hakimləri:
SAF 2025-in gənc hakimləri:
SAF 2025-in gənc hakimləri:
SAF 2025-in gənc hakimləri:
SAF 2025-in gənc hakimləri:
SAF 2025-in gənc hakimləri:
SAF 2025-in gənc hakimləri:
SAF 2025-in gənc hakimləri:

Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) artıq iki gündür gündür ki, texnologiya və innovasiya həvəskarlarını bir araya gətirib. Bu il festival daha geniş coğrafiyanı əhatə edir: 22 ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert 18 müxtəlif kateqoriya üzrə yarışır. Robototexnika, süni intellekt, bərpa olunan enerji, dron və peyk texnologiyaları, incəsənət, mühəndislik və innovativ layihələr kimi sahələr üzrə 5000-dən çox iştirakçı müraciət etsə də, final mərhələsinə yalnız 1400 nəfər vəsiqə qazana bilib. Onların 202-i 19 xarici ölkəni təmsil edir. 

Bu böyükmiqyaslı festivalda iki gənc xüsusi diqqət çəkir. Çünki onlar bir zamanlar iştirakçı idilər, indi isə hakim kimi iştirakçıları qiymətləndirirlər.

“Azərbaycan müəllimi” həmin gəncləri təqdim edir. Hər ikisi Bakı Mühəndislik Universitetində “Proseslərin avtomatlaşdırılması” ixtisası üzrə təhsil alır və bu il SAF-da hakim qismində çıxış edir.
İlk həmsöhbətimiz Camal Həmidov maraqlı bir dönüş nöqtəsini xatırlayır. O, üç il əvvəl iştirakçı kimi qatıldığı bir festivalda bu gün hakim olacağını heç düşünməzdi. Camal deyir ki, komandası ilə birlikdə əldə etdikləri uğurlar onları ölkəmizi ABŞ-də keçirilən STEAM yarışlarına qədər aparıb.

“Üç il əvvəl bizə Amerikaya gedəcək komandanın seçiləcəyini bildirdilər. STEAM layihəsinin idarəçiləri bizi həmin yarışlarda Azərbaycanı təmsil etmək üçün uyğun gördülər və biz də orada çempion olduq”, — deyə Camal xatırlayır.

O əlavə edir ki, bundan sonra müxtəlif STEAM festivallarında ardıcıl olaraq üç dəfə çempion titulunu əldə ediblər. Komanda işi isə bu yarışların əsas şərtidir. Yaxşı komanda yoldaşı olmadan uğur qazanmaq mümkün deyil.

Bu uğurlarda payı olan digər gənc hakim Əli Xanəliyev də həmin çempion komandanın üzvü olub. Gələcəyin mühəndisi olan Əli bu gün iştirakçıları qiymətləndirərkən onların keçirdiyi həyəcanı çox yaxşı anladığını deyir:

“Onların hər bir addımını dəyərləndirərkən maksimum ədalətli olmağa çalışıram. Biz bir zamanlar özümüzün də çempion olduğumuz kateqoriya üzrə hakimlik edirik və bu mənə əlavə məsuliyyət verir”.
Göründüyü kimi, SAF 2025 yalnız yarış deyil, minlərlə gəncin özünü sınadığı, inkişaf etdiyi və yeni hədəflər müəyyən etdiyi böyük bir platformadır. Camal və Əli kimi gənclərin yolunu işıqlandıran isə  əzm, komanda işi və yeniliyə açıq olmaqdır. Bir vaxtlar tribunalarda həyəcanla nəticə gözləyən gənclər bu gün başqalarının uğurlarına qiymət verirlər.