Şagirdlərə aqrotexniki tədbirlər üzrə təcrübə dərsləri keçiriləcək

19 Dekabr, 2024 - 13:50
Şagirdlərə aqrotexniki tədbirlər üzrə təcrübə dərsləri keçiriləcək
Şagirdlərə aqrotexniki tədbirlər üzrə təcrübə dərsləri keçiriləcək
Şagirdlərə aqrotexniki tədbirlər üzrə təcrübə dərsləri keçiriləcək

Torpaqşünaslıq və Aqrokimya  İnstitutu ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, memorandum çərçivəsində elmi-təcrübə proqramları həyata keçiriləcək. Eyni zamanda aqrotexniki tədbirlər üzrə şagirdlərə təcrübə dərsləri keçiriləcək, müasir aqrar texnologiyalar barədə məlumatlandırıcı proqramlar hazırlanacaq. Həmçinin şagirdlərə institutun müasir laboratoriyalarından istifadə imkanı yaradılacaq.