Sakit okeanda dünyanın ən böyük mərcanı tapılıb - VİDEO

16 Noyabr, 2024 - 11:34

Sakit okeanda dünyanın ən böyük mərcan rifi tapılıb.

"Azərbaycan müəllimi" “National Geographic”ə istinadən xəbər verir ki, Solomon adaları hövzəsində tapılan mərcanın uzunluğu 32, eni 34 metrdir.

Kosmosdan görünən mərcan rifi əvvəlki rekorddan üç dəfə böyükdür, onun yaşının təxminən 300 il olduğu güman edilir.

Rif əsasən, qəhvəyi rəngdədir. Mərcan kiçik fərdi canlılar olan mərcan polipləri şəbəkəsindən ibarətdir.

Dünyanın ən böyük mərcanını oktyabrda Sakit okeanın cənub-qərbindəki tədqiqat gəmisində çalışan “National Geographic”in dalğıcları aşkar edib.

Bir çox mərcan koloniyaları şəbəkəsindən fərqli olaraq, yeni kəşf edilən rif yüz illər boyu fasiləsiz böyüyən müstəqil mərcandır.