Sakit okeanın suları altında yeni qitə gizlənib?

31 Yanvar, 2025 - 16:20
Sakit okeanın suları altında yeni qitə gizlənib?
Sakit okeanın suları altında yeni qitə gizlənib?

Sakit okeanın suları altında gizlənmiş səkkizinci qitənin olması fərziyyəsi alimlərin diqqətini cəlb edir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Avstraliyanın şərqində, Yeni Zelandiya ətrafında təxminən 5 milyon kv.km sahəsi olan sualtı torpaq sahəsi yerləşir. Geoloqlar bu sahənin bir vaxtlar tam qitə olduğunu və əksəriyyətinin su altında qaldığını irəli sürürlər.

Tədqiqatlar göstərir ki, okeanın dibindəki qədim çay yataqları bu batmış qitənin konturlarını xatırladır. Zelandiya təxminən 85 milyon il əvvəl batmağa başlayıb və 25 milyon il əvvəl tamamilə su altında qalıb. Bəzi tədqiqatçılar onu əfsanəvi Mu qitəsi ilə müqayisə edirlər, amma müasir texnologiya qədim şəhərlərin izlərini hələ tapa bilməyib.

Zelandiya artıq səkkizinci qitə olaraq tanınıb, amma su basmış vəziyyətdə olduğu üçün coğrafi xəritələrə daxil edilmir. Araşdırmalar davam edir və gələcəkdə bu qitənin keçmişinə dair daha çox məlumat əldə edilə bilər. Hələlik Zelandiya Yer kürəsinin tarixində unikal bir təbiət hadisəsi olaraq qalmağa davam edir.