Səfir: İsveçdə təhsil alan tələbələr Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verəcəklər
İsveçdə təhsil alan azərbaycanlı tələbələr gələcəkdə fəaliyyətləri dövründə Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verəcəklər.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinq Prezident İlham Əliyevin qəbulunda çıxışı zamanı deyib.
Səfir bildirib ki, İsveçdə çoxlu sayda azərbaycanlı tələbə təhsil alır. Onların təhsil səviyyəsinin yüksək qiymətləndirildiyini deyən səfir tələbələrin gələcəkdə fəaliyyətləri dövründə Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verəcəklərinə ümidvarlığını ifadə edib.




