Şəhid Elbrus Hüseynovun övladı Avropa çempionu oldu

14 Noyabr, 2024 - 14:42

Göygöl şəhər 6 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Dərya Hüseynova 9-10 noyabr 2024-cü il tarixində Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında qalib olub. 

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, Dərya Hüseynova taekvondo üzrə bütün rəqiblərini məğlub edərək uşaqlar arasında 24 kq çəki dərəcəsində “Avropa çempionu” adını qazanıb. 

Qeyd edək ki, D.Hüseynova 44 günlük Vətən müharibəsi şəhidi Elbrus Hüseynovun övladıdır.