Şəhid övladı imtahanda yüksək nəticə göstərdi
Lənkərandan olan şəhid mayor Vüqar Heydərovun oğlu buraxılış imtahanında yüksək nəticə göstərib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Yaşam Beynəlxalq Məktəbinin IX sinif şagirdi olan Heydərli Yusif Vüqar oğlu buraxılış imtahanında mümkün 300 baldan 272 bal toplayaraq yüksək nəticə göstərib.
Yusif Heydərli Lənkəran Dövlət Universitetinin Xarici dillər və tərcümə kafedrasının baş müəllimi Rəfael Heydərovun nəvəsidir.
Qeyd edək ki, ordumuzun hərbi qulluqçusu, mayor Vüqar Heydərov 1988-ci ildə Lənkəranın Boladi kəndində anadan olub. O, 2023-cü ilin sentyabr ayında keçirilən Antiterror əməliyyatı zamanı şəhid olub.



