Şəhidlər xiyabanı ziyarət edilib
Yanvarın 20-də Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.



