Şəki-Zaqatala bölgəsi üzrə 3 şagird buraxılış imtahanında maksimum nəticə göstərib

10 Aprel, 2025 - 18:00
Şəki-Zaqatala bölgəsi üzrə 3 şagird buraxılış imtahanında maksimum nəticə göstərib
Şəki-Zaqatala bölgəsi üzrə 3 şagird buraxılış imtahanında maksimum nəticə göstərib

2 mart tarixdə keçirilmiş XI sinif üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Şəki rayon Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Orxan Abdulsəmədli, Qəbələ rayonu Uludaş kənd tam orta məktəbin XI sinif şagirdi Ömər Rəsulov və Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif  şagirdi Məhəmməd İsmayılov 300 bal toplayaraq maksimum nəticə göstərib.

Bu barədə “Azərbaycan müəllimi”nə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə 100 bal olmaqla, ümumilikdə 300 bal maksimum nəticə hesab olunur.