Sənaye yönümlü ixtisasların tədrisi genişləndiriləcək
Peşə təhsili müəssisələrində müasir tələblərə uyğun sənaye yönümlü ixtisasların tədrisi genişləndiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Tədbirlər Planına əsasən, yeni sənayeyönümlü peşə təhsili ixtisaslarının müəyyən edilməsi və tədrisin təşkili, həmçinin sənaye sektorunun ixtisaslı kadrlarla təminatının gücləndirilməsi nəzərdə tutulur.




