Sərbəst güləş üzrə yarımfinalçılar bəlli olub
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə Məktəblilərin Respublika İdman Olimpiadası keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu gün Azərbaycan Texniki Universitetinin idman zalında sərbəst güləş yarışlarına start verilib.
İlk yarış günündə 38, 44, 52, 62 və 75 kq-da respublikanın müxtəlif şəhər və rayonlarından 168 güləşçi mübarizə aparır.
Gündüz seansında yarımfinalçılar müəyyənləşib:
38 kq
Səhman Musayev (Şəmkir) - Nihad Qarayev (Lənkəran)
Davud Əliyev (Gəncə, Təhsil-1) - Məhəmməd Həsənli (Sumqayıt)
44 kq
Mustafa Meralıyev (Gəncə,Təhsil-1) - Lətif Hüseynzadə (Qobustan)
Abbas Hüsüzadə (Qax, ROİL) - Əli İspərov (Lənkəran)
52 kq
Elnur İdrisli (Qax, ROİL) - Əli Rəcəbov (Gəncə,Təhsil-1)
Nadim Allahyarov (Qobustan) - Şamxal Əlizadə (Naxçıvan)
62 kq
Muxtar Abbaszadə (Sumqayıt) - Hüseyn Rəhimli (Qəbələ)
İsmayıl Əlizadə (Gəncə,Təhsil-1) - Həmid Məhərrəmov (Gəncə)
75 kq
Əli Zeynallı (Göygöl) - İbrahim Məmmədov (Ağstafa)
Elvin Qurbanlı (ROİL) - Ramal Bağırov (Naxçıvan)
Yarımfinallar saat 17:00-da başlayacaq.




