Şərqi Zəngəzurda “Oxu klubları” fəaliyyətə başlayıb

28 Yanvar, 2026 - 15:41
Şərqi Zəngəzurda “Oxu klubları” fəaliyyətə başlayıb

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, həmçinin digər məktəblərdə şagirdlər üçün “Oxu klubları” fəaliyyətə başlayıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, oxu klublarının yaradılmasında əsas məqsəd şagirdlərin qış tətili dövründə asudə vaxtlarını daha səmərəli və mənalı keçirmələrinə şərait yaratmaq, onların intellektual inkişafını dəstəkləmək, oxu vərdişlərini formalaşdırmaq və tədrisə maraqlarını artırmaqdır.

Oxu klubları əvvəlcədən müəyyənləşdirilmiş kitablar əsasında təşkil olunur. Prosesə IV, VI və IX sinif şagirdləri cəlb edilir. Kitablar şagirdlərin yaş və inkişaf səviyyələrinə uyğun olaraq seçilir.

Oxu klubları çərçivəsində şagirdlər oxuduqları kitablar ətrafında fikir mübadiləsi aparır, müzakirələrdə iştirak edir, tənqidi düşünmə və öz fikrini ifadə etmə bacarıqlarını inkişaf etdirirlər.

Oxuyaq, düşünək, inkişaf edək!