Şərqi Zəngəzurda yeni bağça fəaliyyətə başlayıb
"Azərbaycan müəllimi" xəbər verir ki, aprelin 3-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində eyni adlı körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb.
Bununla əlaqədar təşkil olunan tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Cəbrayıl Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Anar Əkbərov, idarə əməkdaşları, bağçanın kollektivi, valideynlər və qonaqlar iştirak ediblər.
Tədbirdə Şərqi Zəngəzur RTİ-nin müdiri Fuad Bədəlov çıxış edərək məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətə başlaması münasibətilə valideynləri və təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçıları bağçada yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, Cəbrayıl rayonu Horovlu kənd körpələr evi-uşaq bağçası Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayan 6-cı məktəbəqədər təhsil müəssisəsidir.



