Şərqi Zəngəzurun turizm xəritəsi hazırlanıb

27 Dekabr, 2024 - 11:50
Şərqi Zəngəzurun turizm xəritəsi hazırlanıb
Şərqi Zəngəzurun turizm xəritəsi hazırlanıb

“Şərqi Zəngəzur iqtisadi rayonunun turizm xəritəsi tərtib edilib”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Zakir Eminov Elmi Şuranın hesabat iclasında deyib.

Onun sözlərinə görə, xəritə əsasında regionda bioturizm, ekoturizm, macəra, idman və müalicə turizm növlərini inkişaf etdirmək mümkündür.

Z.Eminov bildirib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun landşaft-iqlim şəraiti və kurort-rekreasiya ehtiyatları elmi mənbələr əsasında araşdırılıb. Regionun tarixi-mədəni irs nümunələri və onların dəqiq koordinatları müəyyən edilməklə ümumiləşdirilərək, ArcCİS proqram təminatı vasitəsilə məlumat bazası yaradılıb.