Sertifikatlaşdırmada könüllü iştirak edib 58 bal topladı 

24 İyun, 2025 - 15:51
Sertifikatlaşdırmada könüllü iştirak edib 58 bal topladı 
Sertifikatlaşdırmada könüllü iştirak edib 58 bal topladı 

Bu gün keçirilən sertifikatlaşdırma imtahanında Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki Gəncə şəhəri 17 nömrəli tam orta məktəbin biologiya müəllimi Sahilə Məmmədova könüllü iştirak edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, 63 yaşlı Sahilə Məmmədova imtahanda 58 bal toplayıb. O, bu imtahana könüllü qatılmaqla həm şəxsi inkişafına töhfə verib, həm də gənc həmkarlarına nümunə olacaq addım atıb.