Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub

2 İyul, 2025 - 23:09
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub

İyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin (AzTU) Fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, əvvəlcə AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub.

Tədbir iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev Ersin Tatarın türk dünyası birliyi üçün xidmətlərindən danışıb.

Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri doktor diplomu təqdim edilib. 

AzTU-nun Fəxri doktoru, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar da öz növbəsində təşəkkürünü ifadə edib, bundan sonra da türk dünyasının həmrəyliyi istiqamətində səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb. 

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinə AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub