Şirvan bölgəsində STEAM dərslərinə cəlb edilən şagirdlərin sayı məlum olub 

29 Dekabr, 2025 - 16:02
Şirvan bölgəsində STEAM dərslərinə cəlb edilən şagirdlərin sayı məlum olub 

Şirvan, Neftçala və Salyan üzrə STEAM dərslərinə cəlb olunan şagirdlərin statistikası açıqlanıb.  

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "STEAM layihəsi tətbiq olunan ümumtəhsil məktəblərimizi tanıyaq" həftəsi çərçivəsində məlumat verilib. 

Bildirilib ki,  Şirvan üzrə ümumtəhsil məktəblərində layihənin icrası 2020-ci ildən başlayıb. Hazırda Şirvan şəhəri üzrə 1, 10, 12, 21 nömrəli tam orta ümumtəhsil məktəbləri, Şirvan şəhəri M.İsrailov adına 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-lisey və Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey olmaqla, ümumilikdə 6 müəssisədə STEAM layihəsi həyata keçirilir.  Həmin məktəblər üzrə 148 sinifdə 3651 nəfər şagird STEAM layihəsinə cəlb olunub. Layihədə iştirak edən şagirdlər rayon üzrə ümumi şagirdlərin 28%-ni təşkil edir. 

Həmçinin layihə Neftçala rayonu üzrə ümumtəhsil məktəblərində də 2020-ci ildən etibarən tətbiq olunmağa başlayıb. Rayon üzrə hazırda Neftçala şəhəri Samid İmanov adına 1 nömrəli və Neftçala rayonu Xıllı qəsəbəsi Rafiq Gözəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbləri olmaqla, ümumilikdə 2 ümumtəhsil məktəbində STEAM layihəsi həyata keçirilir. Həmin məktəblər üzrə 46 sinifdə 896 nəfər şagird STEAM layihəsinə cəlb olunub. Layihəyə cəlb olunan şagirdlər rayon üzrə olan ümumi şagirdlərin 9%-ni təşkil edir. 

Eləcə də layihə Salyan rayonu üzrə ümumtəhsil məktəblərində 2020-ci ildən etibarən tətbiq olunur.  Salyan rayonu üzrə hazırda Salyan şəhəri Ə.Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey və Salyan rayonu Qızılağac kənd tam orta ümumtəhsil məktəbləri olmaqla, ümumilikdə 2 ümumtəhsil məktəbində STEAM layihəsi həyata keçirilir. Həmin məktəblər üzrə  27 sinifdə 612 nəfər şagird STEAM layihəsinə cəlb olunub.  

Qeyd edək ki, STEAM layihəsinin əsas məqsədi şagirdlərdə yaradıcı yanaşma, tənqidi düşüncə, təşəbbüskarlıq və kommunikasiya bacarıqlarını inkişaf etdirməkdir.