Şirvan-Salyan bölgəsinin 13 şagirdi RFO-nun yarımfinalında 2 fənn üzrə iştirak edəcək
Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 13 şagird respublika fənn olimpiadalarının (RFO) yarımfinal mərhələsində iki fənn üzrə iştirak edəcək.
Bu barədə "Azərbaycan müəllimi"inin sorğusuna cavab olaraq Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 6-sı növbəti mərhələyə informatika və riyaziyyat, 3-ü informatika və kimya, 3-ü informatika və fizika, 1-i informatika və Azərbaycan dili fənləri üzrə qatılacaq.
Qeyd edək ki, idarə üzrə 423 şagird RFO-nun yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Belə ki, fənn olimpiadasının yarımfinal mərhələsinə Şirvan şəhəri üzrə 114, Neftçala rayonu üzrə 106, Salyan rayonu üzrə 86, Biləsuvar rayonu üzrə 81, Hacıqabul rayonu üzrə 36 şagird vəsiqə əldə edib.



