Şirvan-Salyan regionu üzrə 3 şagird "Məktəblilərin respublika çempionatı"nda uğurla çıxış edib
14-20 oktyabr tarixlərində Bakı şəhərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2007-2008 və 2009-2010-cu il təvəllüdlü yeniyetmələr və gənclər arasında boks idman növü üzrə respublika birinciliyi keçirilib.
Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Biləsuvar rayon təhsil sektoru üzrə Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançıları Kamranlı Rəhim II yerə, Nuruzadə Fuad və İmanlı Ruslan isə III yerə layiq görülüblər.


