Şirvan-Salyan regionu üzrə modul tipli məktəblərin sayı açıqlanıb
Şirvan-Salyan regionu üzrə 13 modul tipli məktəb fəaliyyət göstərir.
Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib.
Belə ki, bu məktəblərdən 11-i Neftçala, 2-si isə Biləsuvar rayonundadır.
İdarənin tabeliyində olan Şirvan şəhərində, Salyan və Hacıqabul rayonlarında isə bu tip məktəb mövcud deyil.



