Şirvan-Salyan regionunun SAF 2025-də iştirak edən 18 komandasının hamısı fərqlənib
SAF 2025-in finalında iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrini təmsil edən 18 komandanın hamısı fərqlənib.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, "H2 Grand Prix PRO” kateqoriyası üzrə "DriveİQ" komandası 1-ci yer (qızıl medal) və ''Ən cəlbedici komanda'' nominasiyasına, "RoboGames” kateqoriyası üzrə "MecBlend " komandası "Jury Award" nominasiyasına, "FlyTech” kateqoriyası üzrə "SkyNova" komandası 3-cü yerə (bürünc medal), "Mechatronics” kateqoriyası üzrə "Kratos" komandası 3-cü yerə (bürünc medal, "Robot Competition” kateqoriyası üzrə "GalaktikA" komandası "Attractive Team" nominasiyasına, "Imagination to reality” kateqoriyası üzrə "LaserMind" komandası 2-ci yerə (gümüş medal), "RoboGames kids” kateqoriyası üzrə "RoMind" komandası 3-cü yerə (bürünc medal), "NextGen Creators” kateqoriyası üzrə "Xudafərin" komandası 3-cü yerə (bürünc medal), "RoboGames” kateqoriyası üzrə "RoboNova" komandası 3-cü yerə (bürünc medal), "Mechatronics” kateqoriyası üzrə "TechnoMex" komandası 2-ci yerə (gümüş medal), "RoboGames” kateqoriyası üzrə "NeuroBots" komandası "Friendly Team Award" nominasiyasına,"NextGen Creators” kateqoriyası üzrə "MegaBrains" komandası 2-ci yerə (gümüş medal), "Robot Competition kids” kateqoriyası üzrə "RoboLab " komandası "Energy Award" nominasiyasına, "VidX: AI Motion Challenge” kateqoriyası üzrə "RescueFox" komandası 2-ci yerə (gümüş medal) və ''Steam Award'' nominasiyasına, "Rolling minds” kateqoriyası üzrə "PathLords" komandası 3-cü yerə (bürünc medal) və ''Steam Award'' nominasiyasına, "RoboGames” kateqoriyası üzrə "NeuroBots" komandası "Steam Award " nominasiyasına, "Deep Dive” kateqoriyası üzrə "AQUINEX " komandası "Tech Master" nominasiyasına və "İnnovasiya və sahibkarlıq” kateqoriyası üzrə "Zəfər Yolu" komandası "Attractive Team" nominasiyasına layiq görülüb.
Bu komandaların 10-u Şirvan şəhəri Kimya və biologiya təmayüllü liseyin, 1-i Şirvan şəhəri 10 nömrəli tam məktəbin, 1-i Şirvan şəhəri 16 nömrəli tam məktəbin, 2-si Şirvan şəhəri 18 nömrəli tam məktəbin, 1-i Şirvan şəhəri 2 nömrəli tam məktəbin, 1-i Şirvan şəhəri 20 nömrəli tam məktəbin, 1-i Şirvan şəhəri 12 nömrəli tam məktəbin və 1-i Hacıqabul şəhəri 10 nömrəli tam orta məktəbin təmsil edib.
Qeyd edək ki, bu komandaların hamısı finala Şirvan şəhəri Kimya və biologiya təmayüllü liseyində yerləşən Şirvan STEAM Mərkəzində hazırlaşıblar.




