Startapını yaratmaq və inkişaf etdirmək istəyənlər üçün fürsət
SABAH.lab İnkubasiya Proqramının 7-ci kohortuna qeydiyyat başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, startapını yaratmaq və inkişaf etdirmək istəyənlər proqrama müraciət edə bilərlər.
Proqram aşağıdakı imkanları təqdim edir:
- MVP yaratmağa dəstək;
- Partnyor şəbəkəsinə çıxış;
- 24/7 ofisdən istifadə;
- Mentorluq və investisiya imkanları.
Martda başlayan 3 aylıq proqram üçün müraciət şərtləri:
- Orta səviyyə ingilis dili
- Ekosistemə dəyər qatacaq startap ideyası
Müraciət üçün linkə keçid edə bilərsiniz.
Son tarix: 23 fevral, 23:59


