"STEAM Azərbaycan" layihəsi təcrübə proqramı elan edir
Bakalavr təhsil pilləsini bitirmiş və ya hazırda magistratura təhsili alan gənclərin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə təcrübə proqramı elan olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “STEAM Azərbaycan” məlumat yayıb.
Tələblər:
Ali təhsil; (Pedaqoji ixtisaslar üzrə təhsil arzuolunandır)
Xarici dil bilikləri; (ingilis dili mütləqdir, rus dili biliyi arzuolunandır)
Komanda ilə iş bacarığı;
Yüksək ünsiyyət bacarıqları;
Operativlik;
Kompüter bilikləri;
Yüksək səviyyəli təqdimat bacarığı;
Yeniliyə və innovativliyə açıq.
İş mühiti:
STEAM İnnovasiya Mərkəzində fəaliyyətlər;
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-ə hazırlıq prosesi;
STEAM Mərkəzlərinə səfərlər;
İnteraktiv təlimlərdə iştirak;
Karyerayönümlü real iş mühiti.
Ödənişsiz proqramda iştirak üçün müraciət etmək istəyənlər CV-lərini 23 yanvar 2025-ci il saat 12:00-a qədər cv@steam.edu.az ünvanına göndərməlidirlər. Təcrübə proqramına 3 fevral tarixindən start veriləcək, təcrübə müddəti haqqında ətraflı məlumat müsahibə zamanı bildiriləcək.
Qeyd edək ki, elektron-poçt ünvanına məktub göndərən zaman mövzu hissəsində "Təcrübə proqramı" qeyd etməyiniz mütləqdir.
 

 
                         
                        
 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            