STK-da insan alveri ilə bağlı maarifləndirici tədbir keçirilib
Fevralın 5-də Sənaye və Texnologiya Kollecində “İnsan alveri” mövzusunda maarifləndirici tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov ilk öncə tələbələri salamlayıb və keçirilən tədbirin tərbiyəvi əhəmiyyətindən danışıb.
Daha sonra kollecin psixoloqu Gülnar Məstəlizadə insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları haqqında olan məlumatları slaydlar vasitəsilə tələbələrə ətraflı izah edib. Bununla yanaşı, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə maarifləndirici məlumatlar tələbələrə çatdırılıb.
Həmçinin tədbir çərçivəsində “Erkən nikah” mövzusuna da toxunulub.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələr belə tədbirlərin kollecdə tez-tez keçirilməsinin vacibliyini bildiriblər.
Tədbir diskussiya şəklində başa çatıb.



