STK-də “Şeirin Bəxtiyar nidası” adlı tədbir keçirilib

28 Noyabr, 2025 - 15:55

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində (STK) Azərbaycan poeziyasının ən parlaq simalarından olan, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Şeirin Bəxtiyar nidası” adlı tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə kollecin direktoru, professor Nasim Abışov, Tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, Metodkabinə müdiri Xəlil Bağırov, müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kollecin direktoru Nasim Abışov Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycan poeziyasının, dramaturgiyasının və elminin görkəmli nümayəndələrindən biri olan xalq şairi Bəxtiyar Vahabzadə ədəbi yaradıcılığını Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına və tərəqqisinə həsr etmişdir. Şairin ədəbiyyatımızda və ictimai fikrimizdə yaratdığı zirvə əlçatmazdır. Digər çıxışlar da olub. 

Daha sonra şagirdlər Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr səsləndirib, şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub və videoçarx nümayiş  etdirilib.