Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla qayıtdı
Fransada təşkil olunan Hi-lingua beynəlxalq ingilis dili olimpiadasının Grand final mərhələsində Sumqayıt şəhəri 23 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Solmaz Hüseynzadə möhtəşəm nəticə göstərib.
Abşeron–Xızı Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, istedadlı şagird bu nüfuzlu yarışmada 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ölkəmizi və təhsil müəssisəsini layiqincə təmsil edib.


