Tam orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı AÇIQLANDI

24 Avqust, 2026 - 12:00
Tam orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçiminin keçiriləcəyi tarixlər açıqlanıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək aparılacaq.

Abituriyentlər müəyyən edilmiş müddətdə elektron ixtisas seçimi ərizəsini dolduraraq müsabiqədə iştirak edə bilərlər.