Tarixi qoruqlarda elmi-tədqiqatlar aparılacaq

2 Mart, 2026 - 12:14
Tarixi qoruqlarda elmi-tədqiqatlar aparılacaq

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisindəki tarixi abidələrə baxış keçiriblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, iki qurum arasında elmi-tədqiqatların aparılması barədə əməkdaşlıq razılaşmasına əsasən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun arxeoloji tədqiqatlara cəlb edilməsinin mərhələli “yol xəritəsi”ni ehtiva edən ilkin fəaliyyət layihəsi müzakirə edilib. Həmçinin elmi-tədqiqatların “yol xəritəsi” layihəsi təşəbbüsündə İçərişəhərdəki tarixi abidələrdə arxeoloji tədqiqatların aparılması mövzusu üzrə hər iki qurum arasında görüşlərin intensivləşməsi barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təklifləri yer alıb.

Beləliklə, aparılmış müzakirələr zamanı uzun müddətlik fasilədən sonra yaxın gələcəkdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarında elmi-tədqiqatların başlanılması təşəbbüsü üzrə ümumi razılıq əldə edilib.