Tayvanda tayfun təhlükəsinə görə məktəblər bağlandı

10 İyul, 2026 - 10:54
Tayvanda tayfun təhlükəsinə görə məktəblər bağlandı

Güclü Bavi tayfununun yaxınlaşması ilə əlaqədar Tayvanın bir sıra şəhər və rayonlarında məktəblərdə tədris dayandırılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, yerli hakimiyyət orqanları şagird və müəllimlərin təhlükəsizliyini təmin etmək məqsədilə cümə günü dərslərin keçirilməməsinə qərar verib. 

Məktəblərlə yanaşı, dövlət müəssisələri və bir çox özəl şirkətlər də fəaliyyətini müvəqqəti dayandırıb. Tayçjun şəhərində isə məktəb və dövlət müəssisələrinin cümə günü axşamdan etibarən bağlanacağı, şənbə günü də fəaliyyət göstərməyəcəyi açıqlanıb.

Yerli əhaliyə zərurət olmadıqca evdən çıxmamaq, əvvəlcədən ərzaq, içməli su və digər vacib ehtiyatları toplamaq tövsiyə olunub.