“TechWinter Camp 2026”ya qeydiyyat başlayıb
“Bir Könüllü” Tələbə Təşkilatı, “ESTİEM LG BAKU” və “EESTEC BAKU”nun birgə təşkilatçılığı ilə 4-9 fevral 2026-cı il tarixlərində Quba rayonunda tələbələrin qış düşərgəsi – "TechWinter Camp 2026" təşkil ediləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, düşərgənin əsas məqsədi tələbələr arasında İT sahəsinə marağı artırmaq, onları müasir texnologiyalar və süni intellektin tətbiq sahələri barədə məlumatlandırmaq, eyni zamanda yaz tətili dövründə proqramlaşdırma və texnoloji biliklərini gücləndirməkdir.
Ətraflı məlumat və qeydiyyat üçün link: https://forms.gle/TbW4kWg5XmYV5FtPA
Son müraciət tarixi: 29 yanvar 2026-cı il
Düşərgədə kimlər iştirak edə bilər?
– İnformasiya texnologiyaları, kompüter elmləri və digər texniki ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan III və IV kurs tələbələri;
– Magistratura və doktorantura səviyyəsi üzrə təhsil alan tələbələr.



