Təhsil işçilərinin Qarabağ Universitetinə ödənişsiz səfəri olacaq – Qeydiyyat başladı!
Avqustun 5-də Qarabağ Universitetinə tanışlıq məqsədilə birgünlük səfər təşkil ediləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində iştirakçılar universitetdə yaradılan təhsil mühiti, infrastruktur və tələbələrə təqdim olunan imkanlarla yaxından tanış olacaqlar.
"T-Network"ün təşəbbüsü ilə həyata keçiriləcək səfərdə iştirak ödənişsizdir.
Avtobus Bakıdan yola düşəcək. İştirak etmək istəyən təhsil işçiləri əvvəlcədən qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, ixtisas seçimi ilə məşğul olan şəxslərin iştirakına üstünlük veriləcək. Seçilən iştirakçılarla təşkilatçılar tərəfindən əlaqə saxlanılacaq.
Qeydiyyat aşağıdakı keçid vasitəsilə aparılır: https://forms.gle/Sb16xXUhNkXRSdM26
-
Zülfiyyə QafarovaOğlum 637 balı var.Qarabağ Universitetində bu il açılan fakultəni yazmağı düşünürük.Bizə fakultə ilə tanış olmağa şərait yaratsanız sevinərik.Özüm təhsil işçisiyəm.Repititor müəlliməm.1 ay əvvəlCavablaLike (0) -
Zenfira QəmbərovaAzərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə iqtisad kollecinin müəllimi1 ay əvvəlCavablaLike (0) -
SevincQarabağ universitetini ziyarət etmək istərdim, çünki hal hazırda mənim qızım üçün ixtisas seçimində Qarabaği yazmaq fikrindeyik1 ay əvvəlCavablaLike (0) -
vasila shaverdiyevagetmək istəyirəm1 ay əvvəlCavablaLike (0) -
Aybeniz AliyevaSalam. Qeydiyyatdan keçmişəm. Bilmək istərdim, iştirak edə biləcəm?1 ay əvvəlCavablaLike (0) -
FatmaMən qeydiyyatdan keçə bilmədim.İstərdim gedim mən də1 ay əvvəlCavablaLike (0)




