Təhsil işçilərinin sağlamlığı diqqət mərkəzində: ETİHİ-nin 6 aylıq hesabatı açıqlandı

8 İyul, 2026 - 10:49
Təhsil işçilərinin sağlamlığı diqqət mərkəzində: ETİHİ-nin 6 aylıq hesabatı açıqlandı

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən təhsil işçilərinin sağlamlığının qorunması, səmərəli istirahətinin təşkili və müalicəvi kurort xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının illik fəaliyyət planı çərçivəsində reallaşdırılan bu işlərin effektivliyini və işçilərin marağını əks etdirən cari ilin ilk 6 aylıq statistikası təhsil sahəsində çalışan şəxslərin sanatoriya-kurort xidmətlərinə olan tələbatının və bu xidmətlərdən geniş şəkildə yararlanmalarının göstəricisidir.

Statistik məlumatlara görə, yarımillik müddətdə ümumilikdə 2570 yollayış təqdim edilib və nəticədə 4001 təhsil işçisi ölkəmizin müxtəlif sağlamlıq və istirahət mərkəzlərində reabilitasiya və müalicə imkanlarından faydalanıb. Bu göstəricilər həmkarlar ittifaqı tərəfindən işçilərin sosial rifahının yüksəldilməsinə və onların sağlam həyat tərzinin dəstəklənməsinə verilən önəmi bir daha nümayiş etdirir.

ETİHİ-nin açıqladığı statistikada işçilərin seçimi və istirahət mərkəzlərinin populyarlığına görə göstəricilər belə paylanılıb:

“Təhsil” İstirahət Mərkəzi 491 yollayışla 1228 nəfəri, "Bilgəh" Kardioloji Sanatoriyası isə 534 yollayışla 589 nəfəri qəbul edib. “Şıx” Sağlamlıq Mərkəzi 345 yollayış (384 nəfər) və "Nazlı bulaq" İstirahət Mərkəzi 183 yollayış (360 nəfər) ilə işçilərin aktiv şəkildə üz tutduğu məkanlar sırasındadır. “Günəşli” (259 yollayış 291 nəfər), “Abşeron” (175 yollayış  191 nəfər), “Buzovna" Fizioterapiya Mərkəzi (135 yollayış 166 nəfər) və “Kurort Naftalan" 118 yollayış 131 nəfər) mərkəzlərindən  də əhəmiyyətli dərəcədə istifadə olunub. “Duzdağ” İstirahət Kompleksi 84 yollayışla 175 nəfərə, "Miras" İstirahət Mərkəzi isə 59 yollayışla 109 nəfərə xidmət göstərib. Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində 31 yollayışla 67 nəfər digər müxtəlif mərkəzlərdə isə 156 yollayışla 310 nəfər təhsil işçisi dincəlib.

Yararlananların sayının yollayış sayından çox olması, bəzi yollayışların ailəvi və ya qrup şəklində istifadə edildiyini göstərir.

Statistikadan göründüyü kimi, xüsusilə “Təhsil” İstirahət Mərkəzi yararlananların sayına görə göstəricilərdə liderlik edir.

Ümumilikdə, təqdim olunan 6 aylıq statistika Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvlərinə göstərdiyi sosial qayğının bariz nümunəsidir. Çox sayda təhsil işçisinin ilin ilk yarısında müxtəlif sanatoriya və istirahət mərkəzlərində sağlamlıqlarını bərpa etməsi, bu sahədəki xidmətlərin səmərəliliyindən və işçilər arasında yüksək etimad qazandığından xəbər verir. ETİHİ tərəfindən həyata keçirilən bu sistemli iş, gələcəkdə də təhsil ictimaiyyətinin sağlam istirahətinin təmin olunması istiqamətində uğurlu addımların davam edəcəyinə əminlik yaradır.

Təhsil işçilərinin sağlamlığı diqqət mərkəzində: ETİHİ-nin 6 aylıq hesabatı açıqlandı
Təhsil işçilərinin sağlamlığı diqqət mərkəzində: ETİHİ-nin 6 aylıq hesabatı açıqlandı
Təhsil işçilərinin sağlamlığı diqqət mərkəzində: ETİHİ-nin 6 aylıq hesabatı açıqlandı