Təhsil müəssisələrində HİK təşkilatı sədrlərinin vəzifələri nədən ibarətdir?

19 Yanvar, 2026 - 13:02
Təhsil müəssisələrində HİK təşkilatı sədrlərinin vəzifələri nədən ibarətdir?

Həmkarlar ittifaqı fəaliyyətinin əsasını ilk təşkilatlar təşkil edir. Bu təşkilatlar müəssisə və təhsil ocaqlarında çalışan və ya təhsil alan şəxslərin könüllülük prinsipi ilə təmsil olunduğu ictimai təşkilatlar kimi fəaliyyət göstərir.

"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin verdiyi məlumatda qeyd edilir ki, İlk həmkarlar ittifaqı təşkilatı ən azı 7 nəfərin təşəbbüsü ilə yaradılır və ümumi yığıncaqda seçilən komitə və ya təşkilatçı vasitəsilə fəaliyyət göstərir.

Bu təşkilatların əsas vəzifəsi üzvlərin qanuni əmək və sosial hüquqlarının müdafiəsi, kollektiv məsələlərin açıq müzakirəsi və qəbul edilən qərarların icrasının təmin edilməsidir.

Belə ki, İlk həmkarlar ittifaqı komitələri ittifaq üzvləri adından kollektiv müqavilə və sazişlər bağlayır, əmək mübahisələrinə baxır, əməyin mühafizəsi və sosial müdafiə məsələlərində ictimai nəzarəti həyata keçirir.Bunlarla yanaşı,həmçinin üzvlərin sağlamlıq, istirahət və mədəni-kütləvi tədbirlərdə iştirakını təmin edir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi  ilk təşkilatlar vasitəsilə təhsil işçilərinin maraqlarının müdafiəsini həyata keçirir.