Tələbələrə endirimlərin edilməsi müzakirə edilir – TİF

12 Dekabr, 2025 - 17:16
Tələbələrə endirimlərin edilməsi müzakirə edilir

“Hazırda “TəhsilPlus” kartları vasitəsi ilə tələbələrə endirimlərin edilməsi məsələsi müzakirə edilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Təhsil TV-nin qonağı olarkən səsləndirib.

O qeyd edib ki, tələbələr üçün yaxşı fürsətlər və endirim faizlərini nəzərdə tutan yeniliklər gözlənilir: “Əminik ki, bu, tələbələrin çox xoşuna gələcək”.