Tələbələrin fotolarını yayan şəxs saxlanılıb

26 Fevral, 2026 - 22:36
Tələbələrin fotolarını yayan şəxs saxlanılıb

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tələbələrin fotolarını yayan şəxsi saxlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, BDU-nun Hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.

Əlavə məlumat veriləcəkdir.